Bazar ertəsi , İyul 6 2020
Home / Dünya / Qohumların torpaq davası qanlı bitdi: Dörd nəfər güllələndi

Qohumların torpaq davası qanlı bitdi: Dörd nəfər güllələndi

Türkiyənin Batman vilayətində Özərdəm ailəsi torpaqla bağlı məsələni həll etmək üçün Ədliyyə İdarəsinə gəliblər.

MediAktiv.Az xəbər verir ki,“CNNTürk”ün xəbərinə görə, Ədliyyə İdarəsinin qabağında qohumlar arasında mübahisə silahlı davaya çevrilib.

Nəticədə, 29 yaşlı Əbdüləziz Özərdəm ölüb, digər üç qohum – 20 yaşlı Əbdülqədir Özərdəm, 24 yaşlı Nihad Özərdəm və 26 yaşlı Ərdəm Özərdəm yaralanıb.

Yaralılar xəstəxanya yerləşdirilib.

Silahlı davada iştirak edən digər şəxsləri polis nəzarətə götürüb.

Həmçinin oxuyun

“Electron” raketinin kosmosa buraxılışı uğursuzluqla nəticələnib

Yeni Zelandiyanın Mahiya yarımadasından “Electron” raketinin kosmosa buraxılışı uğursuzluqla nəticələnib. MediAktiv.az bildirir ki, “Rocket Lab” …