Şənbə , Dekabr 14 2019
Home / Dünya / Ronaldu evlənməsi xəbərlərini təkzib edir: “Anamın arzusudur”

Ronaldu evlənməsi xəbərlərini təkzib edir: “Anamın arzusudur”

Kriştianu Ronaldu uzun müddət birgə yaşadığı Corcina Rodriqeslə Mərakeşdə evlənməsi xəbərlərini təkzib edib.

MediAktiv.Az big,az-a istinadən xəbər verir ki, “Novella 2000” nəşrinin yazdığına görə, toy avqustun sonlarında baş tutub.

Lakin 34 yaşlı futbolçu 25 yaşlı keçmiş mağaza satıcısı olmuş Corcina ilə evlənmə xəbərini təkzib edib. O bildirib ki, 2016-dan bəri nişanlı olduğu Corcina ilə evlənməyini anası Maria Doloreş duş Santuj Aveyru da istəyir:

“O, mənə çox kömək edib. Təbii ki, onunla eşq yaşayıram. Yəqin, bir gün toyumuz olacaq. Bu, mənim anamın arzusudur”.

Qeyd edək ki, cütlüyün doqquz yaşlı Kriştianu (Junior), iki yaşlı Eva və Mateo adlı əkizləri və Alana adlı övladları var.

Həmçinin oxuyun

Sudanın keçmiş prezidenti Ömər əl-Bəşir həbs olunub

Sudanın keçmiş prezidenti Ömər əl-Bəşir 2 il müddətinə həbs cəzası alıb. Mediaktiv.az-ın “Əl-Cəzirə”yə istinadən verdiyi …