Cümə axşamı , Aprel 22 2021
Home / Dünya / Rusiya gömrüküçləri Ermənistana hərbi texnika qaçaqmalçılığının qarşısını alıb

Rusiya gömrüküçləri Ermənistana hərbi texnika qaçaqmalçılığının qarşısını alıb

Rusiyada Ural regionunun gömrük əməkdaşları Ermənistana hərbi texnika qaçaqmalçılığının qarşısını alıb.

MEDİAKTİV.AZ-ın məlumatına görə, adı çəklilməyən şəxs kuryer xidməti vasitəsilə Ermənistana 37 tank stabilizatoru və 30 ehtiyat hissə göndərməyə çalışıb. Bunun üçün onun saxta etibarnamədən istifadə etdiyi məlum olub.

Qeyd olunur ki, həmin məhsullar Rusiya Müdafiə Nazrliyinin Raket-artilleriya baş idarəsinin mülkiyyətidir və onların azad satışı qadağandır.

Qaçaqmalçılıq faktı ilə cinayət işi açılıb. Həmin şəxsi 7 ilədək həbs, eləcə də 1 milyon rubl məbləğində cərimə gözləyir.

Həmçinin oxuyun

Ukraynada ehtiyatda olan hərbçilərin xidmətə çağırışına dair qanun imzalandı

Ukrayna prezidenti Volodimir Zelenski səfərbərlik elan etmədən ehtiyatda olanların hərbi xidmətə çağırılması haqqında qanunu imzalayıb. …