Çərşənbə , Yanvar 22 2020
Home / Dünya / Rusiya, İran və Türkiyə Nur-Sultanda Suriya üzrə məsləhətləşmələr aparır

Rusiya, İran və Türkiyə Nur-Sultanda Suriya üzrə məsləhətləşmələr aparır

Rusiya, İran və Türkiyə nümayəndələri Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində Suriya ilə bağlı yüksək səviyyəli görüşdə üçtərəfli məsləhətləşmələr aparırlar.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə TASS-a danışıqların təşkilinə yaxın mənbə məlumat verib.

Danışıqların digər iştirakçıları da Suriya ilə bağlı danışıqların ikinci günündə məsləhətləşmələrlə başlayıblar.

“Türkiyə nümayəndə heyəti bundan əvvəl Suriyanın silahlı müxalifətinin nümayəndələri ilə görüşüb. Söhbət Suriyanın şimal-şərqindəki, eləcə də İdlibdəki deeskalasiya zonasındakı vəziyyətdən gedir”, – mənbə bildirib.

Qeyd edək ki, dekabrın 10-11-də Nur-Sultanda Suriya ilə bağlı yüksək səviyyəli görüş keçirilir.

Həmçinin oxuyun

Ukrayna: Qəzaya uğrayan təyyarə ilə bağlı ABŞ-dan vacib məlumat almışıq

İranda qəzaya düşərək 180 nəfərin ölümünə səbəb olan təyyarə ilə bağlı Ukrayna hökumətindən yeni məlumat …