Cümə , Yanvar 22 2021
Home / Dünya / Rusiya Qarabağdakı sülhməramlılarının sayını artırdığını təkzib edib

Rusiya Qarabağdakı sülhməramlılarının sayını artırdığını təkzib edib

“Rusiya Federasiyasının Dağlıq Qarabağdakı sülhməramlılarının sayının artırılmasına dair xəbərlər doğru deyil”.

MediAktiv.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinq zamanı deyib.

O, bölgədəki qurumlararası humanitar yardım mərkəzinin fəaliyyətini təmin etmək üçün əlavə heyət cəlb etdiklərini diqqətə çatdırıb.

Xatırladaq ki, Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın baş naziri tərəfindən imzalanmış birgə bəyanata əsasən, Qarabağ münaqişəsi bölgəsində 10 noyabr tarixindən etibarən qüvvəyə minmiş atəşkəsə əməl olunmasına nəzarət məqsədi ilə Rusiyanın 1 960 canlı qüvvə, 90 zirehli daşıyıcı texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı birləşməsi yerləşdirilib. Bununla yanaşı, bölgədə 5 humanitar mərkəz yaradılıb.

Həmçinin oxuyun

Çinin ABŞ-dakı səfirliyinin tvitter səhifəsi bağlanıb

Çinin ABŞ-dakı səfirliyinin tvitter səhifəsi şirkətin qeyri-insanlığa qarşı siyasətinə zidd olan paylaşıma görə bağlanıb. MEDIAKTIV.AZ CNBC-yə …