Bazar ertəsi , Yanvar 18 2021
Home / Dünya / Rusiya Qvardiyasının hərbi hissəsinə hücum: 6 hərbçi ölüb, 3 yaralı (YENİLƏNİB)

Rusiya Qvardiyasının hərbi hissəsinə hücum: 6 hərbçi ölüb, 3 yaralı (YENİLƏNİB)

    Terrorçuların Çeçenistanda Rusiya Milli Qvardiyasına hücumu nəticəsində 6 hərbi qulluqçu həlak olub.

    Trend-in məlumatına görə, regiondakı güc qurumlarındakı mənbə RİA Novosti-yə bildirib ki, 3761 saylı hərbi hissəyə basqın nəticəsində daha 3 hərbi qulluqçu xəsarət alıb.

     Terrorçular Çeçenistanda Rusiya Milli Qvardiyasına məxsus hərbi hissəyə hücum ediblər.

   Mediaktiv.az-ın Trend-ə istinadən məlumatına görə, hücum nəticəsində hərbi qulluqçular arasında ölən və yaralananlar var.

      RF Milli Antiterror Komitəsinin məlumatında deyilir:

    “Bu gün gecə təqribən saat 02:30-da 6 naməlum şəxs Rusiya Qvardiyasının hərbi hissəsinə silahlı hücum ediblər. Silahlı qarşıdurma nəticəsində dəstə üzvləri zərərsizləşdirilib”.

Həmçinin oxuyun

Türkiyə batmış Rusiya gəmisinin heyət üzvlərinin xilası əməliyyatını keçirəcək

Türkiyə Qara dəniz sahillərində batmış Rusiya gəmisinin ekipajının 15 üzvünün xilas edilməsi üzrə əməliyyat keçirəcək. …