Cümə axşamı , Avqust 13 2020
Home / Dünya / Rusiyada referendumun rəsmi nəticələri açıqlanıb

Rusiyada referendumun rəsmi nəticələri açıqlanıb

Rusiya Mərkəzi Seçki Komissiyası ötən gün keçirilmiş Konstitusiyaya dəyişikliklərlə bağlı referendumun rəsmi nəticələrini açıqlayıb.

MediAktiv.az-ın məlumatına görə, bütün protokollar sayılıb. Yekunda seçicilərin 77,92 faizi dəyişikliklərin lehinə səs verib.

Səsvermədə seçici fəallığı 65 faiz təşkil edib.

Qeyd edək ki, referendum aprelin 22-də keçirilməli idi, lakin koronavirus pandemiyası ilə əlaqədar səsvermə təxirə salınmışdı. İyunun 25-dən 30-dək etibarən səsvermə onlayn keçirilib.

Konstitusiyaya dəyişikliklərdə Rusiya qanunvericiliyinin beynəlxalq qanunvericilik üzərində üstünlüyü, Rusiya xalqı və tanrı barədə anlayışlara düzəlişlər, eləcə də hazırkı ölkə Prezidentinin növbəti müddətə seçilmək imkanı nəzərdə tutulur.

Həmçinin oxuyun

Beyrutda yenidən iğtişaşlar başlayıb

Livanın paytaxtı Beyrutda yenidən etiraz aksiyaları başlayıb. MediAktiv.az RİA “Novosti”yə istinadən xəbər verir ki, nümayişçilər …