Cümə axşamı , Aprel 22 2021
Home / Digər / Araşdırma / Rusiyanın “ən təhlükəli” hərbi gəmisi bəlli oldu

Rusiyanın “ən təhlükəli” hərbi gəmisi bəlli oldu

Rusiyanın ən təhlükəli hərbi gəmisi “Admiral Nahimov” atom raket kreyseridir.

Belə bir qənaətə ABŞ-ın “Military Watch” jurnalı gəlib.

“Kreyserin düşmənin həlledici obyektlərini təyyarələr üçün 400 km və gəmilər üçün 1000 km olmaqla, ekstremal məsafədən hipersəs raketləri ilə vura bilməsi, onu bəlkə də,  Rusiyanın HDD-nın ixtiyarında olan ən təhlükəli hərbi gəmi edir”, – deyə materialda bildirilir.

Jurnalistlər qeyd ediblər ki, kreyserin əsas gəmiəleyhinə silahı düşmən obyektini 1000 km məsafədən 8 max sürətlə vura bilən “Sirkon” raketi olacaq.  Beləliklə də, o, ABŞ Hərbi Dəniz Qüvvələrinin ixtiyarında olan “Harpun” gəmiəleyhinə raketi üstələmiş olacaq. 

Nəşrin məlumatına əsasən, “Admiral Nahimov”, həmçinin, nüvə qurğularının hesabına uzun müddətə Rusiya sahillərindən aralıda ola bilər. Bundan savayı, kreyser ən müasir hava hücumundan müdafiə sistemi ilə təchiz olunacaq.

Həmçinin oxuyun

Ukraynada ehtiyatda olan hərbçilərin xidmətə çağırışına dair qanun imzalandı

Ukrayna prezidenti Volodimir Zelenski səfərbərlik elan etmədən ehtiyatda olanların hərbi xidmətə çağırılması haqqında qanunu imzalayıb. …