Cümə axşamı , Yanvar 21 2021
Home / Dünya / Şahzadə Harri və Ed Şiran birgə sosial çarx hazırlayıblar

Şahzadə Harri və Ed Şiran birgə sosial çarx hazırlayıblar

İngiltərə şahzadəsı Harri və müğənni Ed Şiran birgə video çarx hazırlayıblar.

Video Ümumdünya psixi sağlamlıq gününə həsr olunub.

Süjetə əsasən musiqiçi şahzadənin evinə qonaq gəlir və onlar psixi xəstəlikdən əziyyət çəkən insanlar haqda cəmiyyətdə düzgün rəyin formalaşması zərurətindən danışırlar.

Şahzadə və müğənni sosial ədalətsizliyin qarşısını almaq üçün ictimaiyyətə müraciət etməyi qərara alırlar. Müraciətdə onlar psixi sağlamlığı pozulan insanlara hərtərəfli yardım etməyə çağırırlar.

Həmçinin oxuyun

Donald Tramp və xanımı Ağ Evi tərk ediblər

Donald Tramp və xanımı Melania Tramp Ağ Evi tərk ediblər.  MEDIAKTIV.AZ-ın “RİA Novosti”yə istinadən məlumatına görə, …