Cümə , İyul 3 2020
Home / Dünya / Sayğı matçı ilə şəhidlər anılacaq

Sayğı matçı ilə şəhidlər anılacaq

   “Şəhidlərə sayğı matçı” ilə bu axşam futbol ailəsi şəhidlər üçün bir araya gəlir. Qarşılaşma da Türkiyə Super Liqasında oynayan yerli və xarici oyunçular birlikdə tər tökəcəklər. Mediaktiv.az Hürriyətə istinadən xəbər verir ki, Şəhidlərə Hörmət matçı bu axşam Türkiyə saatı ilə 20.00 ‘də TRT 1, TRT Spor’da canlı olaraq ekranlara gələcək. Ayrıca digər televiziya kanalları da TRT tezliyi üzərindən matçı yayınlaya biləcək.

Şehitlere Saygı maçı bu akşam saat kaçta hangi kanalda

   Son dövrdə yaşanan terror hadisələri qarşısında bir araya gələn futbol ailəsi, 22 dekabr bu axşam Spor Toto Super Liqada forma geyən yerli və xarici futbolçuların qatılacağı, “Şəhidlərə Hörmət Maçı” adıyla reallaşdırılacaq həmrəylik gecəsi təşkil edəcək.

   Prezidentliyin himayəsində, Türkiyə Futbol Federasiyası (TFF), Klublar Birliyi Vəqfi və Türkiyə Futbol Direktoru Fateh Tərimin koordinasiyasında ediləcək matç, Vodafone Arenada reallaşdırılacaq. Qarşılaşmaya Super Liqa komandalarında forma geyən hər komandadan bir yerli və xarici futbolçu qatılacaq. Oyunda əldə ediləcək bütün gəlirlər, Ailə və Sosial Siyasətlər Nazirliyi vasitəsilə Beşiktaş və Kayseridə həyata keçirilən terror hücumunda şəhid və qazi olanların ailələrinə bağışlanacaq.

   Fəaliyyətlə əlaqədar keçirilən mətbuat konfransına Gənclik və İdman naziri Akif Çağatay Qılınc, TFF prezidenti Yıldırım Dəmirörən, Klublar Birliyi Vəqfi Başçısı Göksel Gümüşdağ ilə Türkiyə Futbol Direktoru Fateh Tərim qatıldı.

Nazir Akif Çağatay Qılınc: Əsla onlara bu fürsəti verməyəcəyik
Gənclik və İdman naziri Akif Çağatay Qılınc, terror qarşısında idmanın birləşdirici gücünə vurğu edərək, terror təşkilatlarının məqsədinə çata bilməyəcəyini ifadə edərək, “Dünyadakı heç bir ölkə 30-a yaxın idman kompleksi ilə inkişaf içində olmadı. Bunlar, qətiyyətlə davam edəcək. Terrorun, xainlərin istədiyi, bizim bir-birimizə düşməmiz, sərmayələri durdurmamız və gələcək yürüyüşümüzdəki ümidimizi qırmaqdır. Əsla onlara bu fürsəti verməyəcəyik.” şərhini etdi.

   Yıldırım Dəmirörən: Son hadisələr, futbol ailəsini də bir araya gətirmişdir. TFF prezidenti Yıldırım Dəmirörən, Türkiyəni bölmək istəyənlərin məqsədinə çata biləməyəcəklərinə vurğu edərək, bunları qeyd etdi:

   “Son hadisələr, futbol ailəsini də bir araya gətirmişdir. Futbol ailəsi olaraq duruşumuzu, birlik və bərabərliyimizi göstərməli olduğumuza inanıram. Hörmətli prezidentimizin himayədarlığı, ‘Dövlət, millət əl-ələ” şüarıyla matç keçiriləcək. Hər komandamızda bir xarici və bir yerli oyunçuyla təmsili matç oynanacaq. Bu matçın gəliri, şəhidlərimizin ailələrinə bağışlanacaq. Bu ölkəni bölməyə çalışanlar, birlik və bərabərliyimizi bölə bilməyəcək.”

Gümüşdağ: İndidən 13,5 milyon TL toplandı
Klublar Birliyi Vəqfi və İstanbul Başakşəhir Klubu Başçısı Göksel Gümüşdağ, qısa müddət içində matça böyük maraq olduğuna toxunaraq, “Matça böyük bir maraq var. Sponsorlar da böyük maraq göstərir. İndidən 13,5 milyon TL toplandı.” dedi.

Fatih Tərim: Vicdani vəzifələrimizi də yerinə yetirmək məcburiyyətindəyik
Türkiyə Futbol Direktoru Fateh Tərim, vətən uğrunda həyatlarını itirənlər üçün vətəndaşlıq və vicdani məsuliyyətlərini yerinə yetirmək məcburiyyətində olduqlarını söylədi.

   Şəhidlərin əmanətlərini qorumanın vəzifələri olduğunu izah edən Terim, belə davam etdi:
“Şəhidlərimizin əmanətlərini qoruyub, onları gözləyərək, yalnız vətəndaşlıq deyil vicdanı vəzifələrimizi də yerinə yetirmək məcburiyyətindəyik. Bu caniliyi edənlərin və bunda payı olanların, inandıqları hər nədirsə onun içində boğulmalarını diləyirəm.”

www.hurriyet.com.tr

 

Həmçinin oxuyun

Prezident İlham Əliyev: Pandemiya şəraitində ölkələr arasında və beynəlxalq təşkilatlar çərçivəsində həmrəylik və əməkdaşlıq vacibdir

Pandemiya şəraitində ölkələr arasında və beynəlxalq təşkilatlar çərçivəsində həmrəylik və əməkdaşlıq vacibdir. MediAktiv.az-ın məlumatına görə, …