Çərşənbə , Aprel 1 2020
Home / Dünya / Şimali Koreya ABŞ-ı geri çəkilməyə vadar etdi – Pxenyanda bayramdır

Şimali Koreya ABŞ-ı geri çəkilməyə vadar etdi – Pxenyanda bayramdır

  Bu gün Şimali Koreya Xalq-Demokratiya Respubliksında əsas milli bayram, “Günəş Günü”dür. “Günəş Günü”ndə Şimali Koreyadakı rejimin banisi Kim İr Senin ad günü anılır.

  Mediaktiv.az Milli.Az-a istinadən bildirir ki, builki bayramda Kim İr Senin 105-ci ad günü qeyd olunur.Ölkə paytaxtı Pxenyanda keçirilən ənənəvi paradda Şimali Koreya ilk dəfə olaraq sualtı qayıqlarını təchiz etdiyi “Pukkuksonq-2” ballistik raketləri nümayiş etdirib.Paradı Şimali Koreyanın lideri Kim Çen In qəbul edib.Şimali Koreyada “Günəş bayramı” Koreya yarımadası ətrafında beynəlxalq gərginliyin artdığı fonda keçirilir. ABŞ-ın Hərbi-Dəniz Qüvvələri regiona “Karl Vinson” aviadaşıyıcı gəmisinin başda olduğu zərbə qrupu yığıb.

  Vaşinqton bəyan etmişdi ki, Pxenyan nüvə sınağı keçirərsə, ölkəyə raket zərbələri endirəcək.Şimali Koreya da preventiv zərbələrə əl atacağını bəyan etmişdi.Lakin ABŞ-ın blefi və hədə-qorxuları Pxenyana zərrə qədər təsir etməyib. Bu səbəbdən Vaşinqton fikrindən vaz keçib.

   “Şimali Koreyanın qitələrarası ballistia raket və ya nüvə sınağı keçirəcəyi təqdirdə hərbi qüvvədən istifadə etmək niyyətində deyilik. Planlar yalnız Şimali Koreyanın raketlərinin Cənubi Koreya, Yaponiya və ya ABŞ-ın ərazisini hədəfə alacağı təqdirdə dəyişə bilər”, – Pentaqondakı mənbə deyib.

   Pxenyan rejimi nüvə sınağı keçirərsə, ABŞ Şimali Koreyaya tətbiq edilən sanksiyaları daha da sərtləşdirəcək.

   Ekspertlərin hesablamalarına görə, Şimali Koreyanın 30 nüvə başlığı var. Pxenyan rejimi orta mənzilli ballistik raketləri bu başlıqlarla təchiz edərək Yaponiya və Cənubi Koreyanı çox asanlıqla vura bilər.

Həmçinin oxuyun

Ermənistanda koronavirusa yoluxanların sayı artdı

Ermənistanda koronavirusa yoluxanlarn sayı 571 nəfərə çatıb. MediAktiv.az  “Novosti Armeniya”ya istinadən xəbər verir ki, məlumatı …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir