Çərşənbə , Aprel 1 2020
Home / Dünya / Şimali Koreya sualtı qayıqların ballistik raketlərini nümayiş etdirib

Şimali Koreya sualtı qayıqların ballistik raketlərini nümayiş etdirib

  Şimali Koreya rəhbərliyi ilk dəfə olaraq paytaxt Pxenyanda keçirilən hərbi paradda sualtı qayıqların ballistik raketlərini nümayiş etdirib.

   Mediaktiv.az APA-ya istinadən xəbər verir ki, sualtı qayıqların “Pukkıkson-2” tipli ballistik raketləri yerli televiziya vasitəsilə yayımlanıb.

  Qeyd edək ki, bu gün KXDR-nin yaradıcısı Kim İr Senin anadan olmasının 105 illiyi münasibəti ilə Pxenyanda hərbi parad təşkil olunub.

  Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp bir neçə gün əvvəl Şimali Koreyanı ciddi təhlükə adlandırıb və Koreya yarımadasının sahillərinə aviadaşıyıcı hücum donanması göndərib.

Həmçinin oxuyun

Ermənistanda koronavirusa yoluxanların sayı artdı

Ermənistanda koronavirusa yoluxanlarn sayı 571 nəfərə çatıb. MediAktiv.az  “Novosti Armeniya”ya istinadən xəbər verir ki, məlumatı …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir