Cümə axşamı , Sentyabr 17 2020
Home / Dünya / Siyasət / Əcnəbi və vətəndaşlığı olmayanlara iş icazələri tam elektronlaşdırılacaq

Əcnəbi və vətəndaşlığı olmayanlara iş icazələri tam elektronlaşdırılacaq

Azərbaycanda əcnəbi və vətəndaşlığı olmayan şəxslərə iş icazələri verilməsi sisteminin tam elektronlaşdırılması nəzərdə tutulur. 

MediAktiv.az xəbər verir ki, bu barədə “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020-2025-ci illər üçün Tədbirlər Planı”nda qeyd olunub.

Belə ki, Tədbirlər Planında əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları üçün iş icazələri verilməsi sisteminin tam elektronlaşdırılması nəzərdə tutulub.

Bununla bağlı Dövlət Miqrasiya Xidməti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə tapşırıqlar verilib.

Həmçinin oxuyun

Sakinlərin gündəlik tələbatı xidmət mərkəzində ödəniləcək – FOTO

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Camaldın kəndində xidmət …