Şənbə , Yanvar 16 2021
Home / Dünya / Siyasət / Əfqanıstan Ağdamın azad edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib

Əfqanıstan Ağdamın azad edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib

Tarixi bir andır, Ağdam şəhəri 27 illik işğaldan sonra azad edildi. Azərbaycan xalqı sevincli anları qeyd edir.

MediAktiv.az-ın məlumatına görə, bu barədə Əfqanıstanın Azərbaycandakı səfiriliyinin açıqlamasında deyilir.

Açıqlamada bildirilir: “Azərbaycan xalqının sevincini bölüşürük. 28 illik işğalın sona çatdığını, şəhərlərin və qəsəbələrin Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin komandanlığı ilə Azərbaycan ordusu tərəfindən bir-birinin ardınca azad olunduğunu görürük. Azərbaycan xalqını və ordusunu təbrik edirik!”

Həmçinin oxuyun

Ceyhun Bayramov Pakistanda Azərbaycan Səfirliyini ziyarət edib

Xarici işlər naziri Ceyhun Bayramov Pakistana rəsmi səfəri çərçivəsində AR-in İslamabaddakı Səfirliyini ziyarət edib MEDIAKTIV.AZ bu …