Çərşənbə , Fevral 19 2020
Home / Dünya / Siyasət / Əli Əhmədov: “YAP-ın namizədlər siyahısında yeni və əvvəlki tərkibində olan simalar olacaq”

Əli Əhmədov: “YAP-ın namizədlər siyahısında yeni və əvvəlki tərkibində olan simalar olacaq”

“Qanunvericiliyə uyğun olaraq, bu gündən növbədənkənar parlament seçkilərinə start verilir”.

Bunu Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi, Baş Nazirin müavini Əli Əhmədov deyib.

O bildirib ki,  YAP vaxtı çatanda öz siyahısını elan edəcək: “Bu siyahı əsasında da seçki kampaniyası uğurla həyata keçiriləcək. Bizim vaxtımıza hələ var. Siyahının üzərində iş gedir. Zamanı çatanda siyahı açıqlanacaq. Bu, elə vaxt olacaq ki, gec olmayacaq. YAP-ın namizədlər siyahısında tanınmış adamlar olacaq. Hesab edirəm ki, burada yeni simalar və əvvəlki tərkibində olan simaları da görəcəksiniz. Düşünürəm ki, vətəndaşımız YAP-ın təqdim edəcəyi siyahının kifayət qədər ümidverici və Azərbaycan parlamentinin fəaliyyətinin daha da artırılmasına kömək edəcək insanlar olacağını görəcək və inanacaqlar”.

Həmçinin oxuyun

PA rəsmisi: “İslahatlar neqativ halları aradan qaldırmaq məqsədi daşıyır”

“Azərbaycanda aparılan islahatların miqyası olduqca geniş və şaxəlidir”. MediAktiv.az xəbər verir ki, bu barədə Prezident …