Cümə axşamı , İyun 4 2020
Home / Dünya / Siyasət / Əli Əsədov Ukraynanın baş naziri və İranın birinci vitse-prezidentinə başsağlığı verib

Əli Əsədov Ukraynanın baş naziri və İranın birinci vitse-prezidentinə başsağlığı verib

MediAktiv.Az

Baş Nazir Əli Əsədov Ukraynanın baş naziri Oleksiy Qonçaruka başsağlığı məktubu göndərib.

Nazirlər Kabinetindən verilən məlumata görə, məktubda deyilir:

“Tehran yaxınlığında Ukrayna Beynəlxlaq Hava Yollarına məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm”.

Ə.Əsədov İran Prezidentinin birinci müavini İshaq Cahangiriyə də başsağlığı məktubu göndərib.

Məktubda deyilir: “Tehran yaxınlığında Ukrayna Beynəlxlaq Hava Yollarına məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin!”

Həmçinin oxuyun

Parlamentin növbədənkənar sessiyasının plenar iclası başladı

Milli Məclisin növbədənkənar sessiyasının plenar iclası başlayıb. MediAktiv.az  xəbər verir ki, spiker Sahibə Qafarovanın sədrliyi ilə …