Şənbə , Yanvar 16 2021
Home / Dünya / Siyasət / Ərdoğan: “Azərbaycanın Qarabağda qazandığı qələbə ana südü kimi halaldır”

Ərdoğan: “Azərbaycanın Qarabağda qazandığı qələbə ana südü kimi halaldır”

Azərbaycanlı qardaşlarımızın mübarizəsi nəticəsində bu gün Qarabağ səmalarını, şükürlər olsun ki, əski parçaları deyil, ay-ulduzlu bayraq bəzəyir”.

MediAktiv.az NTV-yə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbuldakı iqamətgahından Sarıkamış-Karakurt-Horasan yolunun açılış tədbirinə canlı bağlantı zamanı deyib.

“Azərbaycan heç kimin torpağını işğal etməyib. 30 ildir işğal altında olan torpaqlarını azad etdi. Fransa erməniləri bu qədər çox sevirsə, öz torpaqlarından Marseli onlara verə bilər. Azərbaycan bayrağı şəhidlərimizin qəhrəmanlıqlarının timsalı olaraq Dağlıq Qarabağda qürurla dalğalanır. Qarabağda qazanılan qələbə həm beynəlxalq hüquq, həm diplomatik, həm də hərbi baxımdan Azərbaycana anasının südü kimi halaldır. Türkiyə olaraq hər zaman və hər yerdə haqqın, həqiqətin, məzlumun yanında yer almağı, bu istiqamətdə söz söyləməyi və siyasət yürütməyi davam etdirəcəyik”, – Türkiyə lideri bildirib.

Həmçinin oxuyun

Ceyhun Bayramov Pakistanda Azərbaycan Səfirliyini ziyarət edib

Xarici işlər naziri Ceyhun Bayramov Pakistana rəsmi səfəri çərçivəsində AR-in İslamabaddakı Səfirliyini ziyarət edib MEDIAKTIV.AZ bu …