Çərşənbə axşamı , Noyabr 24 2020
Home / Dünya / Siyasət / Ağdam atəşə tutulub, xəsarət alan var

Ağdam atəşə tutulub, xəsarət alan var

Ermənistanın silahlı qüvvələri 10 oktyabr 2020-ci il tarixdə saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozmaqla dinc mülki əhalimizə qarşı cinayət əməllərini davam etdirir.

Baş Prokurorluqdan MediAktiv.az-a verilən məlumata görə, 17.10.2020-ci il tarixdə saat 21 radələrində düşmən tərəfin silahlı birləşmələri tərəfindən Ağdam rayonunun müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulması səbəbindən Mahrızlı kənd sakini 1981-ci il təvəllüdlü Həsənov Ramil Kamal oğlu yaşadığı evin həyətinə top mərmisinin düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb, yaşayış evinə isə külli miqdarda ziyan dəyib.
Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilir.

Həmçinin oxuyun

Avropa Şurasının Baş katibi atəşkəs razılaşmasını alqışladığını bəyan edib

Avropa Şurasının (AŞ) Baş katibi Xarici İşlər naziri Ceyhun Bayramovun məktubunu cavablayıb. MediAktiv.az xəbər verir ki, bu …