Çərşənbə , İyun 3 2020
Home / Dünya / Siyasət / Ali Məclisin Sədri Vasif Talıbov “Şərəf” ordeni ilə təltif edilib-SƏRƏNCAM

Ali Məclisin Sədri Vasif Talıbov “Şərəf” ordeni ilə təltif edilib-SƏRƏNCAM

Prezident İlham Əliyev yanvarın 13-də Vasif Talıbovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

MediAktiv.Az-ın məlumatına görə, Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında dövlət quruculuğu işlərində xüsusi xidmətlərinə görə Vasif Yusif oğlu Talıbov “Şərəf” ordeni ilə təltif edilsin”.

Qeyd edək ki, yanvarın 14-ü Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun doğum günü-60 illik yubileyidir.

Həmçinin oxuyun

Parlamentin növbədənkənar sessiyasının plenar iclası başladı

Milli Məclisin növbədənkənar sessiyasının plenar iclası başlayıb. MediAktiv.az  xəbər verir ki, spiker Sahibə Qafarovanın sədrliyi ilə …