Cümə axşamı , Noyabr 26 2020
Home / Dünya / Siyasət / Arutyunyan Putinə yalvardı: Döyüşləri dayandırın

Arutyunyan Putinə yalvardı: Döyüşləri dayandırın

İşğal olunmuş Dağlıq Qarabağda yaradılmış qondarma rejimin “lideri” Araik Arutyunyan Rusiya Prezidenti Vladimir Putinə müraciət edərək Dağlıq Qarabağda döyüş əməliyyatlarının dayandırılması üçün mümkün olan hər şeyi etməyi xahiş edib.

MediAktiv.az-ın erməni KİV-lərinə istinadən məlumatına görə, bu barədə A.Arutyunyanın Rusiya prezidentinə ünvanladığı məktubda deyilir.

Separatçı “lider” məktubda V.Putini dünyada və regionda böyük şəxsi nüfuza sahib olan şəxsiyyət və rəhbər adlandırıb:

“Sizdən Dağlıq Qarabağ münaqişə zonasında döyüş əməliyyatlarının dayandırılması və siyasi proseslərin bərpası üçün mümkün olan hər şeyi etməyinizi xahiş edirəm”.

Həmçinin oxuyun

İşğaldan azad olunmuş Kəlbəcərə doğru irəliləyən bölmələrimizin videogörüntüsü

Müdafiə Nazirliyi işğaldan azad olunmuş Kəlbəcər rayonuna doğru irəliləyən bölmələrimizin videogörüntüsünü yayıb. MediAktiv.az həmin görüntünü təqdim …