Cümə axşamı , Dekabr 3 2020
Home / Dünya / Siyasət / Azərbaycan ordusunun cəbhədə irəliləməsi bəzi ölkələri narahat edir – İordaniyalı general

Azərbaycan ordusunun cəbhədə irəliləməsi bəzi ölkələri narahat edir – İordaniyalı general

Azərbaycan Silahlı Qüvvələrinin cəbhədə əhəmiyyətli dərəcədə irəliləməsi bəzi ölkələri narahat edir.

MediAktiv.az xəbər verir ki, bunu iordaniyalı hərbi ekspert, general-mayor Məmun Əbu Nəvvar deyib.

Onun sözlərinə görə, Azərbaycan Ordusunun döyüş meydanındakı üstünlüyü Qərb üçün, eləcə də ATƏT Minsk qrupunun həmsədr ölkələri üçün gözlənilməz oldu.

Ekspert əlavə edib ki, ATƏT Minsk qrupunun əsas missiyası Azərbaycan ərazilərinin işğalının aradan qaldırılması olsa da, bu struktur status-kvonun qorunması üçün əlindən gələni edir.

Həmçinin oxuyun

Yerevanda etirazçılar Paşinyanın istefasını tələb edirlər

Ermənistanın paytaxtı Yerevanda etiraz aksiyaları davam edir. MediAktiv.az-ın erməni KİV-lərinə istinadən verdiyi məlumata görə, etirazçılar ölkənin …