Cümə , Yanvar 22 2021
Home / Dünya / Siyasət / Azərbaycan Rusiya və Almaniyaya tibbi maska satışına başlayacaq

Azərbaycan Rusiya və Almaniyaya tibbi maska satışına başlayacaq

Sumqayıt Kimya-Sənaye Parkında yerləşən “Bakı Tekstil Fabriki” MMC dekabr ayında Rusiya və Almaniyaya tibbi maskaların ixracına başlamağı planlaşdırır.

MediAktiv.az xəbər verir ki, bunu müəssisənin direktoru Səkinə Babayeva deyib.

Onun sözlərinə görə, fabrik tibbi maskaların gigiyenikliyi və tam sterilliyini təsdiq edən sertifikatın alınması üçün müraciət edib:

“İki həftə ərzində İsveçrədən beynəlxalq sertifikat alacağıq və bundan sonra ixraca başlayacağıq. Sertifikat alındıqdan sonra biz Latviya və Moldova ilə də danışıqlara başlamağı planlaşdırırıq”.

S.Babayeva əlavə edib ki, müəssisədə istehsal olunan maskaların qiyməti 12-17 qəpik təşkil edir.

Həmçinin oxuyun

Türkiyə XİN: Azərbaycan ilə Türkmənistan arasında imzalanan Anlaşma Memorandumunu məmnuniyyətlə qarşılayırıq

Azərbaycan ilə Türkmənistan arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi …