Bazar , Sentyabr 19 2021
Home / Dünya / Siyasət / Azərbaycan, Rusiya və İran arasında elektrik şəbəkələrinin birləşdirilməsi layihəsi üzrə işlər davam edir – Nazirlik

Azərbaycan, Rusiya və İran arasında elektrik şəbəkələrinin birləşdirilməsi layihəsi üzrə işlər davam edir – Nazirlik

Azərbaycan, Rusiya və İran arasında elektrik şəbəkələrinin birləşdirilməsi layihəsi üzrə texniki iqtisadi əsaslandırmanın (TİƏ) hazırlanması üzrə müvafiq işlər davam etdirilməkdədir.

Bu barədə MEDİAKTİV.AZ-a Azərbaycanın Energetika Nazirliyindən bildiriblər.

“Belə ki, 2018-ci ilin 12 oktyabr tarixində Moskvada Rusiya-Azərbaycan-İran elektrik enerjisi sistemlərinin birləşdirilməsi ilə bağlı üçtərəfli işçi qrupunun birinci iclası keçirilib. Eyni zamanda, 2019-cu ilin 12 avqust tarixində Azərbaycan tərəfindən “Azərenerji” ASC, İran tərəfindən “Tavanir”, Rusiya tərəfindən “Rosseti” PSC və “СО ЕЭС” ASC şirkətlərinin nümayəndələrinin iştirakı ilə sözügedən layihə üzrə TİƏ-nin birgə hazırlanmasına dair razılaşma imzalanmışdır. Hazırda TİƏ-nin imzalanması üzrə Rusiya və İran tərəfi ilə, həmçinin əsaslandırmanın hazırlanması üzrə məsləhətçi qismində seçilmiş şirkətlə üçtərəfli müzakirələr aparılmaqdadır. Əsaslandırmanın hazırlanması başa çatdıqdan sonra icra mərhələsinə başlanılacaqdır.”

Nazirlikdən birldiriblər ki, layihənin texniki iqtisadi əsaslandırmanın hazırlanması məqsədilə Azərbaycan, Rusiya və İranın Energetika nazirləri müavinləri arasında aparılan texniki müzakirələr və razılaşmalara əsasən, İranın Monenko Mühəndislər Konsultasiya Şirkəti (Monenco Iran Consulting Engineers Company) məsləhətçi şirkət qismində təyin olunub.

“Qeyd etmək lazımdır ki, adıçəkilən şirkət bir çox beynəlxalq ekspertlərə malikdir və iri həcmli layihələrin hazırlanmasında və icrasında iştirak etmişdir. Bu layihənin həyata keçirilməsi hər üç ölkə arasında, eləcə də onların enerji sistemləri üzərindən digər ölkələrlə elektrik enerjisinin idxal və ixracına imkan yaratmış olacaq. Enerjisistemdə baş verəcək qəzalar zamanı yaranacaq fasilələrin iştirakçı ölkələrin enerjisistemləri vasitəsilə qarşısının alınmasına nail olunacaq ki bu da, elektrik enerjisi təhlükəsizliyi üçün əhəmiyyətlidir. Eyni zamanda, enerjisistemlərin birləşdirilməsi elektrik enerjisi istehsalında səmərəliliyə səbəb olacaqdır.”

Həmçinin oxuyun

Türkiyə və ABŞ müdafiə nazirləri arasında telefon danışığı olub

Türkiyənin müdafiə naziri Hulusi Akar ilə amerikalı həmkarı Lloyd Ostin arasında telefon danışığı olub. MEDIAKTIV.AZ-ın …