Cümə axşamı , İyul 29 2021
Home / Dünya / Siyasət / Azərbaycan, Türkiyə və Pakistan xarici işlər nazirlərinin görüşü olacaq

Azərbaycan, Türkiyə və Pakistan xarici işlər nazirlərinin görüşü olacaq

2021-ci ildə Azərbaycan, Türkiyə və Pakistan xarici işlər nazirlərinin görüşü keçiriləcək.

MEDIAKTIV.AZ-ın məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilin yekunları barədə danışarkən deyib.

O bildirib ki, görüşün təşkil olunması ilə bağlı yaxın zamanlarda tərəflər arasında müzakirələr başlayacaq.

Nazir görüşün keçiriləcəyi tarixin açıqlanacağını bildirib.

M.Çavuşoğlunun sözlərinə görə, üçtərəfli görüşün Pakistanda keçirilməsi planlaşdırılır.

Həmçinin oxuyun

Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Milli Məclisin xüsusi iclası keçiriləcək

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Milli Məclisin xüsusi iclası keçiriləcək. MEDIAKTIV.AZ-ın …