Bazar ertəsi , May 10 2021
Home / Dünya / Siyasət / Azərbaycan və Türkiyə hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivlərini müzakirə edib

Azərbaycan və Türkiyə hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivlərini müzakirə edib

Azərbaycanın müdafiə sənayesi naziri Mədət Quliyev Türkiyənin Müdafiə Sənayesi Komitəsinin sədri İsmail Demirin başçılıq etdiyi geniş nümayəndə heyətini qəbul edib.

MEDIAKTIV.AZ xəbər verir ki, görüş zamanı Azərbaycan və Türkiyə arasında hərbi-texniki sahədə əlaqələrin cari vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə edilib, mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Müdafiə Sənayesi Nazirliyinin Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi təşəbbüsü ilə 2005-ci ildə Silahlı Qüvvələrimizin döyüş hazırlığının daim yüksək səviyyədə saxlanması məqsədilə yaradıldığını qonağın diqqətinə çatdıran Mədət Quliyev iki qardaş ölkə arasında bir çox istiqamətlərdə olduğu kimi, hərbi-texniki sahədə də sıx əməkdaşlıq əlaqələrinin mövcud olduğunu bildirib. Nazir xalqımızın möhtəşəm qələbəsi ilə bitən 44 günlük Vətən müharibəsi dövründə Türkiyənin hər an yanımızda olduğunu xatırladaraq dost ölkənin dövlətimizə verdiyi mənəvi və siyasi dəstəyi yüksək qiymətləndirdiyini söyləyib.

Mədət Quliyev Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səmimi münasibətlərinin iki qardaş ölkə arasındakı çoxəsrlik dostluq əlaqələrinin daha da inkişaf etməsinə zəmin yaratdığını qeyd edib.

Sonda Türkiyə Respublikasının Müdafiə Sənayesi Komitəsinin sədri İsmail Demir səmimi qəbula görə nazir Mədət Quliyevə təşəkkürünü bildirib. Görüş qarşılıqlı fikir mübadiləsi ilə davam edib.

Həmçinin oxuyun

Azərbaycan-Gürcüstan nümayəndə heyətlərinin geniş tərkibli görüşü keçirilir

Xarici işlər nazirlərinin başçılığı ilə Azərbaycan-Gürcüstan nümayəndə heyətlərinin geniştərkibli görüşü keçirilir. MEDIAKTIV.AZ-ın məlumatına görə, bu …