Bazar , İyul 12 2020
Home / Manşet / Azərbaycan və Türkiyə parlament sədrləri telefonla danışdı

Azərbaycan və Türkiyə parlament sədrləri telefonla danışdı

Türkiyə Böyük Millət Məclisinin (TBMM) Sədri Mustafa Şentop Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarovaya telefonla zəng edib.

MediAktiv.az  xəbər verir ki, bu barədə Azərbaycan parlamentinin spikeri Sahibə Qafarova “Twitter” səhfəsində yazıb.

M.Şentop həm öz adınan, həm də TBMM üzvləri adınan Azərbaycan Respublikasının Milli Məclisin Sədri Sahibə Qafarovanı və onun simasında millət vəkillərini və bütün Azərbaycan xalqını 28 May – Respublika Günü münasibətilə təbrik edib. 

S.Qafarova təbrikə görə minnətdarlığını bildirib və bu bayramın “bir millət, iki dövlət” olan Azərbaycan və Türkiyənin ortaq bayramı olduğunu qeyd edərək türkiyəli həmkarına da öz təbriklərini çatdırıb.

Həmçinin oxuyun

BMT Baş Assambleyasının 31-ci xüsusi iclasının ilkin gündəliyi dərc olunub

BMT-nin saytında Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə start götürmüş Baş Assambleyanın 31-ci xüsusi iclasının …