Cümə , Noyabr 27 2020
Home / Dünya / Siyasət / Azərbaycanda koronavirusa yoluxanların sayı 1000-i keçdi

Azərbaycanda koronavirusa yoluxanların sayı 1000-i keçdi

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1015 yeni yoluxma faktı qeydə alınıb, 483 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan MediAktiv.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 53 152 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 42 516 nəfər müalicə olunaraq sağalıb, 708 nəfər vəfat edib, aktiv xəstə sayı 10 636 nəfərdir.

Ölkədə son sutka ərzində 11 813, hazırkı dövrədək isə 1 331 287 test aparılıb.

Həmçinin oxuyun

Erməni generaldan Paşinyana cavab: “Onun psixi problemləri var”

Nikol Paşinyan psixi pozuntulardan əziyyət çəkir. O, ordunun, müharibənin, nəyin nə vaxt olduğunu bilmir”. MediAktiv.az “tert.am”a …