Şənbə , Dekabr 5 2020
Home / Dünya / Siyasət / Bərdəyə kasetli bomadan hücum Azərbaycan xalqına qarşı növbəti soyqırımdır – Hikmət Hacıyev

Bərdəyə kasetli bomadan hücum Azərbaycan xalqına qarşı növbəti soyqırımdır – Hikmət Hacıyev

Ermənistan tərəfindən Bərdə şəhərinin kasetli bombalardan atəşə tutulması nəticəsində 14 nəfərin həlak olması və 40-dan çox insanın yaralanması Ermənistanın növbəti vandalizim və barbarlığının daha bir bariz nümunəsidir.

MediAktiv.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

H.Hacıyev bildirib ki, Ermənistanın beynəlxalq qanunla qadağan edilmiş kassetli bomadan istifadə etməsi Azərbaycan xalqına qarşı növbəti soyqırımdır. O qeyd edib ki, kasetli bombalardan istifadə etməkdə Ermənistanın məqsədi daha çox dinc əhalini qətlə yetirməkdir:

“Ermənistan dövlət səviyyəsində bilərəkdən bu terror əməlini həyata keçirir. Bu, birbaşa Paşinyan tərəfindən verilən cinayət əmridir. Biz Azərbaycan olaraq dinc əhalini atəşə tutmaqdan uzağıq. Biz döyüş meydanında ermənilərin cavabını veririk.

Ermənilər düşünməsinlər ki, biz bundan zəifləyirik, iradəmiz qırılır, əksinə biz daha da güclənirik”.

Həmçinin oxuyun

Silahlı Qüvvələrin Yardım Fonduna daxil olan vəsaitin miqdarı açıqlanıb

Silahlı Qüvvələrin Yardım Fonduna daxil olan vəsaitin miqdarı məlum olub. Müdafiə Nazirliyindən MediAktiv.az-a verilən məlumata görə, cari …