Bazar , Dekabr 15 2019
Home / Dünya / Siyasət / Baş nazir: Azərbaycan dünyaya açıqdır və ölkəyə çoxlu investisiya yatırılır

Baş nazir: Azərbaycan dünyaya açıqdır və ölkəyə çoxlu investisiya yatırılır

Britaniya biznesi Azərbaycanda yüksək səviyyədə təmsil olunur. İki ölkə arasında qarşılıqlı əlaqələr də çox yüksək səviyyədədir.

Bu sözləri Azərbaycanın Baş naziri Əli Əsədov APA-nın London bürosuna açıqlamasında deyib.

Baş nazir bildirib ki, Böyük Britaniyanın ən böyük şirkətlərindən olan BP Azərbaycanda əsas layihələrdə operatordur:

“Azərbaycanda çoxlu Britaniya şirkəti var. Onlar investisiyalar yatırır və gəlirlərini götürürlər, heç bir problem yoxdur”.

Ə.Əsədov səfər çərçivəsində BP şirkətində də görüşlər keçiriləcəyini deyib.

Baş nazir qeyd edib ki, Azərbaycan dünyaya açıqdır və ölkəyə çoxlu investisiya yatırılır.

Ə.Əsədov Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) tərəfindən Londonda təşkil olunan Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramına üzv ölkələrin ilk investisiya sammitində danışılan məsələlərə də toxunub.

“Bugünkü tədbirdə xarici investorlar üçün Azərbaycanda aparılan islahatlar, gələcək proqramlar, iqtisadiyyatın diversifikasıyası istiqamətində islahatlar haqqında danışıldı, investorlar Azərbaycana dəvət olundu.

Tədbirdə, əsasən, ölkəmizdə son illər kiçik və orta biznes, xarici investisiyalar üçün yaradılmış şərait və onların rastlaşdığı problemlər haqqında suallar oldu. Bu suallara Azərbaycan qanunvericiliyi, yaratdığımız şərait çərçivəsində izahatlar verildi”, – deyə Ə.Əsədov vurğulayıb.

Baş nazir səfər çərçivəsində müxtəlif formatlarda, ikitərəfli görüşlərin də olacağını bildirib:

“Ukraynanın və Moldovanın yeni seçilmiş baş nazirləri, AYİB-nin prezidenti və digər şəxslərlə görüşlər planlaşdırılıb”.

Qeyd edək ki, Azərbaycanın Baş naziri Əli Əsədov Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) tərəfindən Londonda təşkil olunan Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramına üzv ölkələrin ilk investisiya sammitində iştirak edir.

Həmçinin oxuyun

Türkiyə nümayəndə heyəti Azərbaycan Hərbi Dəniz Qüvvələrinin təlim məşqlərini izləyib

Bakıda səfərdə olan Türkiyə Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycan Hərbi Dəniz Qüvvələrinin praktiki təlim …