Şənbə , Dekabr 14 2019
Home / Dünya / Siyasət / Birinci vitse-prezident Moskvada naməlum əsgərin məzarını ziyarət edib+FOTOLAR

Birinci vitse-prezident Moskvada naməlum əsgərin məzarını ziyarət edib+FOTOLAR

MediAktiv.Az xəbər verir ki, Rusiya Federasiyasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva noyabrın 21-də Moskva şəhərindəki Aleksandr bağında naməlum əsgərin məzarını ziyarət edib.

Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya paytaxtında Kremlin divarı yanındakı Aleksandr bağına gəldi.

Moskva şəhərinin hərbi komendantı Yevgeni Seleznyov Azərbaycanın Birinci vitse-prezidentinə raport verdi.

Birinci vitse-prezident Mehriban Əliyeva Naməlum Əsgərin məzarını ziyarət edərək əbədi məşəl önünə əklil qoydu.

Azərbaycanın dövlət himni səsləndirildi.

Sonra fəxri qarovul dəstəsinin keçidi oldu.

Həmçinin oxuyun

Prezident İlham Əliyev Böyük Britaniyanın Baş nazirini təbrik edib

MediAktiv,Az Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Boris …