Bazar , Yanvar 17 2021
Home / Dünya / Siyasət / BMT QAK Dağlıq Qarabağ münaqişəsi nəticəsində didərgin düşmüş şəxsləri müdafiə edəcək

BMT QAK Dağlıq Qarabağ münaqişəsi nəticəsində didərgin düşmüş şəxsləri müdafiə edəcək

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (QAK) Dağlıq Qarabağ münaqişəsi nəticəsində evlərindən didərgin düşmüş şəxsləri müdafiə edəcək.

MediAktiv.az xəbər verir ki, bunu BMT QAK-dan bildiriblər.

Qeyd olunub ki, BMT QAK noyabrın 10-da Dağlıq Qarabağ regionunda döyüş əməliyyatlarına son qoyan atəşkəs razılaşmasını alqışlayır:

“Qaçqınlarla iş üzrə BMT agentliyi olaraq biz 1990-cı illərdən regionda məcburi köçkünlərə dəstək göstərilməsi ilə məşğuluq. Mandat üzrə öhdəliklərimizə uyğun olaraq bütün tərəflərlə məsləhətləşməklə biz münaqişə nəticəsində didərgin düşmüş şəxsləri müdafiə edəcəyik”.

Həmçinin oxuyun

Ceyhun Bayramov Pakistanda Azərbaycan Səfirliyini ziyarət edib

Xarici işlər naziri Ceyhun Bayramov Pakistana rəsmi səfəri çərçivəsində AR-in İslamabaddakı Səfirliyini ziyarət edib MEDIAKTIV.AZ bu …