Bazar , Sentyabr 19 2021
Home / Dünya / Siyasət / Ceyhun Bayramov Qarabağda sülhməramlıların yerləşdirilməsi fikrinə münasibət bildirib

Ceyhun Bayramov Qarabağda sülhməramlıların yerləşdirilməsi fikrinə münasibət bildirib

Dağlıq Qarabağda mümkün sülhməramlı missiya üçün Bakının razılığı olmalıdır.

MediAktiv.az-ın məlumatına görə, bunu Xarici İşlər naziri Ceyhun Bayramov deyib.

O bildirib ki, beynəlxalq sülhməramlılar mövzusu yeni deyil:

“Bu, münaqişənin nizamlanması prosesinin əsas elementlərindən biri, baza prinsiplərinin tərkib hissəsidir və uzun illər sülh danışıqlarının əsasında olub. Bu barədə ATƏT-in 1994-cü il Budapeşt sammitinin qərarında deyilir. Bu qərarda Yüksək səviyyəli planlaşdırma qrupuna Dağlıq Qarabağda ATƏT-in çoxmillətli sülhməramlı qüvvələrin yaradılması, strukturunun müəyyənləşdirilməsi və fəaliyyəti üzrə planın hazırlanması tapşırılır”.

Həmçinin oxuyun

Türkiyə və ABŞ müdafiə nazirləri arasında telefon danışığı olub

Türkiyənin müdafiə naziri Hulusi Akar ilə amerikalı həmkarı Lloyd Ostin arasında telefon danışığı olub. MEDIAKTIV.AZ-ın …