Cümə axşamı , Noyabr 26 2020
Home / Dünya / Siyasət / Dağlıq Qarabağ üzrə danışıqlarda istənilən ölkənin iştirakı üçün Bakı və Yerevanın razılığı vacibdir – Peskov

Dağlıq Qarabağ üzrə danışıqlarda istənilən ölkənin iştirakı üçün Bakı və Yerevanın razılığı vacibdir – Peskov

Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə istənilən ölkənin cəlb olunması Ermənistan və Azərbaycanla razılaşdırılmalıdır.

MediAktiv.az-ın məlumatına görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov münaqişə ilə bağlı danışıqların növbəti mərhələsinə Türkiyənin qoşulub-qoşulmaması ilə bağlı sualı cavablandırarkən deyib.

O bildirib ki, bu məsələ yalnız münaqişə tərəflərinin razılığı əsasında ola bilər:

“Burada iki tərəfin, Azərbaycan və Ermənistan nəzər nöqtəsi vacibdir. Yalnız münaqişə tərəfləri tənzimləmə prosesinə bu və ya digər dövlətin qoşulmasına razılıq verə və ya dəstəkləyə bilər”.

Həmçinin oxuyun

İşğaldan azad olunmuş Kəlbəcərə doğru irəliləyən bölmələrimizin videogörüntüsü

Müdafiə Nazirliyi işğaldan azad olunmuş Kəlbəcər rayonuna doğru irəliləyən bölmələrimizin videogörüntüsünü yayıb. MediAktiv.az həmin görüntünü təqdim …