Cümə axşamı , Dekabr 3 2020
Home / Dünya / Siyasət / Daxili Qoşunların hərbi qulluqçuları Bərdəyə göndərildi – DİN

Daxili Qoşunların hərbi qulluqçuları Bərdəyə göndərildi – DİN

Humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistanın silahlı qüvvələri bu gün günorta saatlarında Bərdə şəhərinin mərkəzini reaktiv sistemlərdən atəşə tutub. Nəticədə mülki əhali arasında ölən və xəsarət alanlar var, infrastruktura ciddi ziyan dəyib.

MediAktiv.az  xəbər verir ki, Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, DİN rəhbərliyinin tapşırığı ilə yaralı vətəndaşların vaxtında xəstəxanalara çatdırılması, şəhərdə və yollarda təhlükəsizlik tədbirlərinin daha da gücləndirilməsi, eləcə də vətəndaşlara məxsus əmlakların, mülkiyyətlərin mühafizəsinin təmin edilməsi üçün Bərdə Rayon Polis Şöbəsinə köməklik məqsədilə müəyyən sayda polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları təcili olaraq Bərdəyə ezam olunublar.

Hazırda polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları gücləndirilmiş iş şəraitində şəhərdə xidmətlərini davam etdirirlər.

Həmçinin oxuyun

Yerevanda etirazçılar Paşinyanın istefasını tələb edirlər

Ermənistanın paytaxtı Yerevanda etiraz aksiyaları davam edir. MediAktiv.az-ın erməni KİV-lərinə istinadən verdiyi məlumata görə, etirazçılar ölkənin …