Şənbə , Yanvar 16 2021
Home / Dünya / Siyasət / DTX-nin rəisinin Şuşa şəhərinə xidməti səfəri olub

DTX-nin rəisinin Şuşa şəhərinə xidməti səfəri olub

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığı ilə işğaldan azad olunmuş Şuşa şəhərinin təhlükəsizliyinin gücləndirilməsi, şəhərdə hərbi və hüquq-mühafizə orqanları arasında koordinasiya işinin təşkili məqsədilə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Əli Nağıyevin cari ilin 19-20 noyabr tarixlərində Şuşa şəhərinə xidməti səfəri olub.

MediAktiv.az  xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətindən verilən məlumata görə, qeyd edilən səfər çərçivəsində Xidmət rəisi, həmçinin Füzuli şəhəri və Hadrut qəsəbəsində DTX-nin yeni fəaliyyətə başlamış yerli şöbələrinin təchizat məsələləri və iş şəraiti ilə tanış olmuş, Müdafiə Nazirliyi və digər strukturların əməkdaşları ilə görüşlər keçirib, qarşıda duran birgə vəzifələr müzakirə olunub.

Həmçinin oxuyun

Ceyhun Bayramov Pakistanda Azərbaycan Səfirliyini ziyarət edib

Xarici işlər naziri Ceyhun Bayramov Pakistana rəsmi səfəri çərçivəsində AR-in İslamabaddakı Səfirliyini ziyarət edib MEDIAKTIV.AZ bu …