Bazar , Noyabr 22 2020
Home / Dünya / Siyasət / Düşmən artıq Azərbaycan Ordusunun üstünlüyünü etiraf etmək məcburiyyətində qalıb – MN

Düşmən artıq Azərbaycan Ordusunun üstünlüyünü etiraf etmək məcburiyyətində qalıb – MN

Düşmən artıq Azərbaycan Ordusunun üstünlüyünü etiraf etmək məcburiyyətində qalıb.

MediAktiv.az-ın məlumatına görə bunu bu gün keçirilən mətbuat konfransında Müdafiə Nazirliyinin (MN) mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.

Onun sözlərinə görə, artıq Ermənistan etiraf edir ki, Azərbaycan Ordusu döyüş meydanında qat-qat üstündür: “Düşmənin bu etiraflarını Azərbaycanın Ali Baş Komandanı daha əvvəl demişdi. Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu yüksək texnologiya və müasir texnikalarla təchiz olunub, əsgər və zabitlər müasir taktika və təlimlərə yiyələnib”.

Həmçinin oxuyun

Bu razılaşmanı heç də hamı dərhal qəbul etmədi – Sergey Lavrov

Bu razılaşmanı heç də hamı dərhal qəbul etmədi, geosiyasi oyunlar prizmasından interpretasiya etməyə çalışdılar. MediAktiv.az-ın …