Bazar , Dekabr 6 2020
Home / Dünya / Siyasət / Düşmən ordusunda könüllülər atəş mövqelərini tərk edərək qaçıb

Düşmən ordusunda könüllülər atəş mövqelərini tərk edərək qaçıb

Ermənistan silahlı qüvvələrinin cəbhənin Xocavənd istiqamətində mövqe tutan 155-ci artilleriya alayının D-20 batareyasının şəxsi heyəti arasında çoxlu sayda yaralanan var. Onların təxliyəsi üçün nəqliyyat vasitəsinin çatışmazlığı və yolların bağlı olması məlum olub.

Müdafiə Nazirliyindən MediAktiv.az-a verilən məlumata görə, Hadrut qəsəbəsindən şimalda yerləşən düşmənin artilleriya bölmələrinə yeni gətirilmiş könüllülər atəş mövqelərini tərk edərək qaçıb.

Ağdərə istiqamətində yerləşən 5-ci dağatıcı alayın müdafiə sahəsinə endirilən artilleriya zərbələri nəticəsində düşmən ölən və yaralanan olmaqla çoxlu sayda itki verib. Alayın 3-cü taborunun komandiri Robert Hambartsumyan itkin düşüb, taborun qərargah rəisi isə məhv edilib. Yeraltı sığınacağın sıradan çıxarılması nəticəsində düşmənin şəxsi heyət arasında xeyli itki olub.

Həmçinin oxuyun

Ərdoğan: “Azərbaycanın Qarabağda qazandığı qələbə ana südü kimi halaldır”

Azərbaycanlı qardaşlarımızın mübarizəsi nəticəsində bu gün Qarabağ səmalarını, şükürlər olsun ki, əski parçaları deyil, ay-ulduzlu …