Çərşənbə axşamı , Oktyabr 19 2021
Home / Dünya / Siyasət / Düşmənin gecə məhv edilən hərbi texnikaları – SİYAHI

Düşmənin gecə məhv edilən hərbi texnikaları – SİYAHI

Oktyabrın 16-ı gün ərzində və 17-ə keçən gecə cəbhənin Ağdərə-Ağdam və Füzuli-Hadrut-Cəbrayıl istiqamətlərində əməliyyat şəraiti gərgin olaraq qalıb.

Müdafiə Nazirliyindən  MediAktiv.az -a verilən məlumata görə, Azərbaycan Ordusu tərəfindən sutka ərzində həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 7 ədəd T-72 tankı, 2 ədəd BM-21 “Qrad” YARS, 8 ədəd D-30 və 1 ədəd D-20 haubitsa topları, döyüş sursatı ilə yüklənmiş 10 ədəd yük maşını və 7 ədəd digər avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

Əldə olunan məlumata əsasən döyüş əməliyyatları nəticəsində Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının 1-ci taboru öz mövqelərini ataraq geri çəkilib, xeyli sayda ölən və yaralanan var.

Həmçinin oxuyun

Türkiyə və İran XİN başçılarının müavinləri arasında görüş olub

Ankara şəhərində Türkiyə və İran Xarici İşlər nazirliklərinin nümayəndə heyətləri arasında məşvərət görüşü keçirilib. MEDIAKTIV.AZ xəbər …