Cümə axşamı , Noyabr 21 2019
Home / Dünya / Siyasət / Elmar Məmmədyarov belaruslu həmkarı ilə görüşüb

Elmar Məmmədyarov belaruslu həmkarı ilə görüşüb

BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində Xarici İşlər naziri Elmar Məmmədyarov Belarus Respublikasının Xarici İşlər naziri Vladimir Makei ilə görüşüb.

XİN-dən Mediaktiv.az-a verilən məlumata görə, nazirlər Azərbaycan və Belarus arasında ikitərəfli əməkdaşlıq münasibətlərinin cari vəziyyəti, mövcud əlaqələrin genişləndirilməsi perspektivləri üzrə fikir mübadiləsi aparıblar.

Tərəflər bu ilin 25-26 oktyabr tarixlərində Bakıda keçiriləcək Qoşulmama Hərəkatının Zirvə görüşü və bu xüsusda həyata keçirilən hazırlıq tədbirləri, Azərbaycanın qarşıdan gələn üç il ərzində Hərəkata sədrliyi məsələlərini müzakirə ediblər.

Tərəflər, həmçinin Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramı çərçivəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi həyata keçiriblər.

Həmçinin oxuyun

Birinci vitse-prezident Moskvada naməlum əsgərin məzarını ziyarət edib+FOTOLAR

MediAktiv.Az xəbər verir ki, Rusiya Federasiyasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva …