Çərşənbə , Noyabr 25 2020
Home / Dünya / Siyasət / Ermənilər Tərtəri atəşə tutdu, 2 mülki şəxs həlak oldu

Ermənilər Tərtəri atəşə tutdu, 2 mülki şəxs həlak oldu

Ermənistanın silahlı qüvvələri elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozmaqla dinc mülki əhalimizə qarşı cinayət əməllərini davam etdirir.

Baş Prokurorluqdan MediAktiv.az-a verilən məlumata görə, 20.10.2020-ci il tarixdə səhər saatlarından başlayaraq düşmən tərəfin silahlı birləşmələri tərəfindən Tərtər rayonu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulmuşdur.

Bu gün saat 15 radələrində rayonun Cəmilli kəndində fərdi yaşayış evinə top mərmisinin düşməsi nəticəsində kənd sakinləri 1994-cü il təvəllüdlü İsaqlı Anar Rəsul oğlu və 1984-cü il təvəllüdlü Quliyev Anar Tofiq oğlu həlak olub, 1972-ci il təvəllüdlü Şabanov Murov Rəsul oğlu müxtəlif dərəcəli bədən xəsarətləri almış, yaşayış evinə isə külli miqdarda ziyan dəyib.
Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilir.

Həmçinin oxuyun

Bəzi həmsədr ölkələrin narahatlığının heç bir əhəmiyyəti yoxdur – Ərdoğan

Dağlıq Qarabağda 30 il davam edən işğal sona çatıb. MediAktiv.az-ın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb …