Çərşənbə , Noyabr 25 2020
Home / Dünya / Siyasət / Ermənistan Ağdamda məktəbi atəşə tutub

Ermənistan Ağdamda məktəbi atəşə tutub

Ermənistan Silahlı Qüvvələri Ağdamda məktəb binasını atəşə tutub.

MediAktiv.az xəbər verir ki, Təhsil Nazirliyindən verilən məlumata görə, oktyabrın 26-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələri tərəfindən Ağdam rayonu Qaradağlı kənd tam orta məktəbi atəşə tutulub. Nəticədə məktəbə ciddi ziyan dəyib.

Qeyd edək ki, Qaradağlı kənd tam orta məktəbində 400 şagird təhsil alır, 43 müəllim pedaqoji fəaliyyətlə məşğuldur.

Bu günədək düşmən təcavüzü nəticəsində 40-dan çox məktəbə ziyan dəyib.

Həmçinin oxuyun

Bəzi həmsədr ölkələrin narahatlığının heç bir əhəmiyyəti yoxdur – Ərdoğan

Dağlıq Qarabağda 30 il davam edən işğal sona çatıb. MediAktiv.az-ın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb …