Çərşənbə axşamı , İyun 30 2020
Home / Dağlıq Qarabağ Münaqişəsi / Ermənistan atəşkəsi yenə pozdu

Ermənistan atəşkəsi yenə pozdu

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 20 dəfə pozub.

Bu barədə MediAktiv.az Müdafiə Nazirliyindən verilən məlumata əsasən xəbər verir ki, Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Baş Qərvənd, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Tərtər, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

Həmçinin oxuyun

Azərbaycan Prezidenti İlham Əliyev və Ümumdünya Turizm Təşkilatının Baş katibi arasında videokonfrans keçirilib (FOTO)

İyunun 30-da BMT-nin Ümumdünya Turizm Təşkilatının təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə bu təşkilatın …