Çərşənbə , Noyabr 25 2020
Home / Dünya / Siyasət / Ermənistan meyitlərini götürmək istəmir, çünki xalqın reaksiysından, qəzəbindən qorxur

Ermənistan meyitlərini götürmək istəmir, çünki xalqın reaksiysından, qəzəbindən qorxur

Azərbaycan humanist prinsiplərlə birtərəfli qaydada erməni əsgərlərin meyidlərin Beynəlxalq Qızıl Xaç Komitəsi vasitəsilə Ermənistana verməyə hazırdır.

MediAktiv.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında yazıb.

O bildirib ki, 18 oktyabrda Azərbaycanın meyitləri birtərəfli qaydada qaytarmağa hazır olduğunu bəyan etməyinə baxmayaraq, Ermənistan hələ də cavab vermir: “Meyitləri götürməkdən imtina real vəziyyəti gizlətmək məqsədi daşıyır”.

Beləliklə, bir daha aydın olur ki, Ermənistan meyitlərini götürmək istəmir, çünki mövcud, siyasi-hərbi rəhbərlik xalqın reaksiysından, qəzəbindən qorxur

Həmçinin oxuyun

Bəzi həmsədr ölkələrin narahatlığının heç bir əhəmiyyəti yoxdur – Ərdoğan

Dağlıq Qarabağda 30 il davam edən işğal sona çatıb. MediAktiv.az-ın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb …