Cümə axşamı , Dekabr 3 2020
Home / Dünya / Siyasət / Ermənistan mülki insanlarımıza hücumları davam etdirsə, lazımi tədbirlər görüləcək – Prezidentinin köməkçisi

Ermənistan mülki insanlarımıza hücumları davam etdirsə, lazımi tədbirlər görüləcək – Prezidentinin köməkçisi

Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı bu hücumları davam etsə, biz mülki əhalimizin təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirləri görəcəyik.

MediAktiv.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

H.Hacıyev bildirib ki, Azərbaycan heç bir şəkildə mülki əhalini və obyektləri hədəfə almır. Lakin döyüş meydanında məğlubiyyətə uğrayan Ermənistan qisasını mülki insanlardan çıxmağa çalışır: “Lakin Ermənistan tərəfi bu hücumlarını davam etdirərsə, biz mülki insanlarımızın, vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirlər görəcəyik”.

Həmçinin oxuyun

Yerevanda etirazçılar Paşinyanın istefasını tələb edirlər

Ermənistanın paytaxtı Yerevanda etiraz aksiyaları davam edir. MediAktiv.az-ın erməni KİV-lərinə istinadən verdiyi məlumata görə, etirazçılar ölkənin …