Bazar ertəsi , Noyabr 23 2020
Home / Dünya / Siyasət / Ermənistan ordusu tərəfindən Bərdəyə kasetli raketlər atılıb – Hikmət Hacıyev

Ermənistan ordusu tərəfindən Bərdəyə kasetli raketlər atılıb – Hikmət Hacıyev

ANAMA-nın verdiyi məlumata görə, Ermənistan ordusu tərəfindən Bərdəyə “Smerç” qurğusundan kasetli raketlər atılıb.

MediAktiv.az-ın məlumatına görə, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında yazıb.

H.Hacıyev bildirib: “Mülki insanlara qarşı kasetli raketlərin istifadəsi qadağandır. İki yaşlı körpə qız da daxil olmaqla, 4 mülki şəxs həlak olub, 13 mülki şəxs yaralanıb. Kasetli raketdən istifadə olunduğu üçün itki çoxdur”.

Həmçinin oxuyun

Paşinyan, niyə torpaqları dərhal qaytarmadın? – Erməni etirazçı

Ermənistanda Qarabağ müharibəsindəki məğlubiyyət və kapitulyasiyanın imzalanması ilə əlaqədar etirazlar hələ də davam edir. MediAktiv.az-ın …