Bazar , Sentyabr 26 2021
Home / Dünya / Siyasət / Ermənistan rəhbərliyi o qədər quzğunlaşıb ki, diplomatlar Tərtərdə olanda da atəş açırdılar – Hikmət Hacıyev

Ermənistan rəhbərliyi o qədər quzğunlaşıb ki, diplomatlar Tərtərdə olanda da atəş açırdılar – Hikmət Hacıyev

Ermənistan hərbi-siyasi rəhbərliyi o qədər quzğunlaşıb ki, diplomtik nümayəndəliklərin təmsilçiləri Tərtərdə olanda da atəş açırdılar.

MediAktiv.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, bu, ermənilərin Xocalı faciəsindən başlayan və bu gün də davam edən cinayət hadisələrinin tərkib hissəsidir.

H.Hacıyev qeyd edib ki, bu gün Azərbycan Prezidentinin təşəbbüsü ilə növbəti humanitatr missiya həyata keçirilib:

“Ermənistan Silahlı Qüvvələrinin əsgərləri və və hərbçilərin meyitləri birtərəfli qaydada verilməsi təşəbbüsü baş tutub. Bu gün Tovuz-Qazax istiqamətində humanist dəhliz açıldı. Artıq bu əməliyyat başa çatıb. Mülki insanlardan bir nəfər yaşlı qadın Gürcüstan vasitəsilə Ermənistana verilib. Bir nəfər yaşlı kişi isə tibbi şərait imkan verdiyi zaman təhvil veriləcək”.

Həmçinin oxuyun

Tehranda Azərbaycan, Türkiyə və İran XİN başçılarının görüşü keçiriləcək

Nyu-Yorkda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə İranın xarici işlər naziri Hüseyn Əmirabdullahian arasında görüş keçirilib. MEDIAKTIV.AZ xəbər verir …