Bazar ertəsi , Noyabr 23 2020
Home / Dünya / Siyasət / Ermənistan Siyəzənə üç, Qəbələyə iki və Kürdəmirə bir raket atıb – MN (FOTO)

Ermənistan Siyəzənə üç, Qəbələyə iki və Kürdəmirə bir raket atıb – MN (FOTO)

Ermənistan ərazisindən Azərbaycan əraziləri raket atəşinə tutulub

Oktyabrın 22-də səhər saatlarında Ermənistan ərazisindən Azərbaycan ərazisi əməliyyat-taktiki raket kompleksindən ballistik raketlərlə atəşə tutulub.

Düşmən tərəfindən saat 07.00 radələrində Siyəzən rayonu istiqamətində 3 raket, saat 09.00 radələrində isə Qəbələ rayonu istiqamətində 2 raket və Kürdəmir rayonu istiqamətində 1 raket buraxılıb.

Ermənistan silahlı qüvvələrinin hədəfi dinc əhali və mülki infrastruktur olub.

Düşmənin raket hücumu nəticəsində tələfat yoxdur.

X X X

09.40

Oktyabrın 22-də səhər saat 09.00 radələrində Ermənistan ərazisindən Qəbələ və Kürdəmir istiqamətində əməliyyat-taktiki raket komplekslərindən ballistik raketlər atılıb.

Bu barədə MediAktiv.az-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Ermənistan Siyəzənə üç, Qəbələyə iki və Kürdəmirə bir raket atıb - MN (FOTO) (ƏLAVƏ OLUNUB) - Gallery Image

Həmçinin oxuyun

Avropa Şurasının Baş katibi atəşkəs razılaşmasını alqışladığını bəyan edib

Avropa Şurasının (AŞ) Baş katibi Xarici İşlər naziri Ceyhun Bayramovun məktubunu cavablayıb. MediAktiv.az xəbər verir ki, bu …