Cümə , İyun 18 2021
Home / Dünya / Siyasət / Ermənistan tərəfi yeni ssenarilər əsasında yazdığı nağıllara daxili auditoriyasını inandırmağa çalışır – MN

Ermənistan tərəfi yeni ssenarilər əsasında yazdığı nağıllara daxili auditoriyasını inandırmağa çalışır – MN

Ermənistan tərəfi hər zaman olduğu kimi yenə də yalan, şişirdilmiş ssenarilər əsasında yazılmış nağılları ilə uğursuzluqlarını gizlətməyə və narazı əhalisini sakitləşdirməyə çalışır. Belə ki, bu dəfə düşmən guya cəbhənin şimal istiqamətində Ordumuzun “diversiya qrupunun” artilleriya atəşinə tutulması və itki verərək geri çəkilməsi barədə növbəti yalan məlumat yayıb.

Bu barədə Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən MediAktiv.az-a məlumat verilib.

Bildirilib ki, qarşı tərəfin yaydığı bu məlumat da tamamilə dezinformasiyadır və düşmənin növbəti fantaziyasıdır.

Həmçinin oxuyun

Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Milli Məclisin xüsusi iclası keçiriləcək

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Milli Məclisin xüsusi iclası keçiriləcək. MEDIAKTIV.AZ-ın …