Bazar , Fevral 23 2020
Home / Dünya / Siyasət / Ermənistan XİN başçısı Cenevrədə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb

Ermənistan XİN başçısı Cenevrədə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb

Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan Cenevrədə ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endryu Şoffer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik ilə görüşüb.

MediAktiv.az  Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Ermənistan XİN-in “Facebook” səhifəsində bildirilib.

Qeyd edək ki, dekabrın 29-30-da Cenevrədə həmsədrlərin vasitəçiliyi və iştirakı ilə Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov ilə erməni həmkarı arasında görüş keçiriləcək.

Görüşdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli ilə bağlı məsələlər müzakirə ediləcək.

Dünən E.Məmmədyarov da ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb.

Həmçinin oxuyun

Ombudsman beynəlxalq təşkilatlara bəyanat ünvanladı

Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar bəyanat yayıb. MediAktiv.az xəbər …