Bazar , Sentyabr 19 2021
Home / Dünya / Siyasət / Ermənistanın alay komandiri yaralanıb, onun müavini və tabor komandiri məhv edilib

Ermənistanın alay komandiri yaralanıb, onun müavini və tabor komandiri məhv edilib

Ağdərə istiqamətində yerləşən 5-ci dağatıcı alayın müdafiə sahəsinə endirilən artilleriya zərbələri nəticəsində düşmən ölən və yaralanan olmaqla çoxlu sayda itki verib. Alayın 3-cü taborunun komandiri Robert Hambartsumyan itkin düşüb, taborun qərargah rəisi isə məhv edilib. Yeraltı sığınacağın sıradan çıxarılması nəticəsində düşmənin şəxsi heyət arasında xeyli itki olub.

Müdafiə Nazirliyindən MediAktiv.az-a verilən məlumata görə, 543-cü alayın müdafiə sahəsinə vurulan atəş zərəri nəticəsində şəxsi heyət arasında xeyli itki var. Alay komandiri yaralanıb, onun müavini, tabor komandiri Araik Hovakimyan, onun müavinləri, minaatan batareyası və bölüyünün komandirləri məhv edilib. 1-ci taborun bir bölüyünün şəxsi heyəti döyüşə girməkdən imtina edib.

Hazırda bütün cəbhə boyu döyüşlər davam edir. Qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.

Həmçinin oxuyun

Türkiyə və ABŞ müdafiə nazirləri arasında telefon danışığı olub

Türkiyənin müdafiə naziri Hulusi Akar ilə amerikalı həmkarı Lloyd Ostin arasında telefon danışığı olub. MEDIAKTIV.AZ-ın …